Sui-qəsd cəhdinin qarşısının alındığı bildirilir
Ermənistanın baş naziri Nikol Paşinyana sui-qəsd cəhdi olub. AYNA TASS-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın Milli Təhülkəsizlik Xidməti məlumat yayıb. Sui-qəsd cəhdinin qarşısı alınıb.
Qeyd edək ki, bundan əvvəl isə Paşinyana qarşı sui-qəsd cəhdində şübhəli bilinən MTX-nin keçmiş rəisi və “Vətən” partiyasının rəhbəri Artur Vanetsyan həbs edilib.
Bu barədə onun vəkili Lusine Saakyan sosial şəbəkədə yazıb.