Paşinyan ŞƏT sammitində erməni dilində çıxışına Rusiyadan reaksiya

Dünya

02.09.2026 - 12:58

Yuri Uşakov: “Mən bunu qəribə hesab edirəm, başqa heç nə"

Rusiya prezidentinin köməkçisi Yuri Uşakov Ermənistanın Baş naziri Nikol Paşinyanın Bişkekdə keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində rus dilində çıxışdan imtinasını və erməni dilində çıxış etməsini “qəribə” adlandırıb. AYNA.AZ xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

"O, yəqin ki, erməni dilindən başqa dillərə tərcümənin mümkün olduğunu öyrəndi və çıxışını erməni dilində etdi. Bu, nadir haldır. Düşünmürəm ki, o, əvvəllər görüşlərdə bunu edib. Mən bunu qəribə hesab edirəm, başqa heç nə", - Uşakov qeyd edib.

Rusiya Prezidentinin köməkçisi əlavə edib ki, “Paşinyan rus dilini bilir, lakin Ermənistanda rəsmi dil erməni dilidir”.

Qeyd edək ki, bu, Paşinyanın ŞƏT sammitində erməni dilində ilk çıxışı idi. O, əvvəlki görüşdə rus dilində çıxış edib.

Xatırladaq ki, Azərbaycan, Qırğızıstan, Qazaxıstan, Özbəkistan, Belarus və Tacikistan liderləri hamısı çıxışlarını rus dilində ediblər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş