"TRIPP-in ABŞ administrasiyası üçün ən azı bu gün prioritet olmadığı aydındır”
“İrandakı hadisələr səbəbindən “Tramp Beynəlxalq Sülh və Rifah Marşrutu” (TRIPP) layihəsi həyata keçirilməsi təxirə salına bilər”. AYNA.AZ xəbər verir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.
"TRIPP-in ABŞ administrasiyası üçün ən azı bu gün prioritet olmadığı aydındır, çünki nə baş verdiyini və nə etdiklərini görürük. Təəssüf ki, bunun zamanla prosesə təsir etmə ehtimalı yüksəkdir. ABŞ hökuməti hazırda bu məsələyə diqqət yetirir, amma əgər bu hadisələr baş verməsə, daha yaxşı olar", - deyə Paşinyan qeyd edib.
Fevral ayında Paşinyan layihənin texniki-iqtisadi əsaslandırılmasının artıq başladığını açıqlayıb. O həmçinin qeyd edib ki, “İrəvan yaxın gələcəkdə ABŞ tərəfdaşlarına layihə ilə bağlı razılaşma layihəsi göndərməyə hazırlaşır”.