Ermənistan Baş nazirinin Fransa Prezidenti ilə görüşü planlaşdırılır
Ermənistanın Baş naziri Nikol Paşinyan fevralın 10-11-də Fransada səfərdə olacaq. Onunn Fransa Prezidenti Emmanuel Makronla görüşü planlaşdırılır.
AYNA erməni mediasına istinadən bildirir ki, bu barədə Ermənistan hökumətinin Mətbuat Xidməti məlumat yayıb.
Paşinyan süni intellektə həsr olunmuş sammitdə də iştirak edəcək.