Paşinyan: “Ermənistanın eyni vaxtda Aİ və AİB-ə üzv olması mümkün deyil”

Dünya

07.08.2026 - 16:19

"Ermənistan Aİ üzvü olmağa tam hazır olduqda, bu, ölkəmizin avtomatik olaraq Aİ üzvü olacağı anlamına gəlmir"

Ermənistanın eyni vaxtda Avropa İttifaqına ( Aİ) və Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzv olması mümkün deyil. AYNA.AZ TASS-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

"Ermənistan Aİ üzvü olmağa tam hazır olduqda, bu, ölkəmizin avtomatik olaraq Aİ üzvü olacağı anlamına gəlmir", - deyə hökumət başçısı bildirib.

O, əlavə edib ki, Avropaya inteqrasiya prosesinin özü çoxsaylı bürokratik prosedurlarla müşayiət olunacaq ki, bu da prosesi gecikdirə bilər.

Eyni zamanda, Paşinyan vurğulayıb ki, AİB ilə münasibətlərin inkişaf etdirilməsi Ermənistan üçün mütləq prioritet olaraq qalır.

Qeyd edək ki, mayın 29-da Astanada AİB sammiti keçirilib. Sammitdən sonra Rusiya, Belarus, Qazaxıstan və Qırğızıstan Ermənistana "mümkün qədər tez" milli referendum keçirməyi tövsiyə ediblər. Referendumda ölkə vətəndaşları AİB-də üzvlüyünü saxlamağa və ya Avropaya inteqrasiya yolu seçməyə qərar verəcəklər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş