“Dünyada insanın keçə bilməyəcəyi sərhəd yoxdur”
Ermənistanın Baş naziri Nikol Paşinyan Tavuş bölgəsində saxlanılan azərbaycanlı çobanla bağlı jurnalistlərin suallarını cavablandırıb. AYNA.AZ erməni mediasına istinadən bildirib ki, Paşinyan çobanla bağlı suala “Nə deyirsiniz, güllələmək, öldürmək lazım idi?" deyə cavab verib.
Baş nazir jurnalistlərlə söhbətində bildirib: "Kişi piyada olub, saxlanılıb və Milli Təhlükəsizlik Xidmətinə təhvil verilib".
Paşinyan qeyd edib ki, “dünyada insanın keçə bilməyəcəyi sərhəd yoxdur”.
O, həmçinin çobanın Azərbaycana qaytarılacağını bildirib.
Xatırladaq ki, 19 oktyabr 2026-cı il tarixində, təxminən saat 17:50-də azərbaycanlı çoban Ermənistanın Tavuş bölgəsinə keçib və saxlanılıb. Ermənistan tərəfinin məlumatına görə, həmin şəxs 1968-ci il təvəllüdlü, Tovuz rayonunun Çatax kənd sakini Yaşar Əli oğlu Qasımovdur.
Araşdırmalar nəticəsində məlum olub ki, Azərbaycan vətəndaşı Ermənistana azaraq keçib.