Parlamentdən şəhid jurnalistlərlə bağlı beynəlxalq təşkilatlara <font color=red> MÜRACİƏT</font>

Aktual

08.06.2021 - 12:26

Spiker: “Bu, Ermənistan terrorunun mahiyyətini ortaya qoyur”

 

Milli Məclis iyunun 4-də Kəlbəcərdə minaya düşərək həlak olan jurnalistlərlə bağlı beynəlxalq təşkilatlara müraciət edib. AYNA xəbər verir ki, bu barədə spiker Sahibə Qafarova Milli Məclisin bu gün keçirilən iclasında deyib.

 

S.Qafarova bildirib ki, mülki vətəndaşların, o cümlədən iki jurnalistin minaya düşərək şəhid olması Ermənistan terrorunun mahiyyətini ortaya qoyur: “Biz şəhid olanların ailələrinə başsağlığı veririk”.

 

Qeyd edək ki, iyunun 4-də saat 11 radələrində xidməti vəzifələrinin icrası ilə əlaqədar işğaldan azad edilmiş Kəlbəcər rayonuna ezam olunan televiziya kanallarının və xəbər agentliklərinin əməkdaşlarının olduğu “KamAZ” markalı avtomobil rayonun Susuzluq kəndi istiqamətində hərəkətdə olarkən tank əleyhinə minaya düşüb.

 

Nəticədə 3 nəfər – Sirac Abışov (AzTV-nin operatoru), Məhərrəm İbrahimov (Azərtac-ın əməkdaşı), Arif Əliyev (RİH başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini) həlak olub. Digər 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri almaqla xəstəxanaya yerləşdirilib.

Müəllif: Ayna.az