Papa Fransiski İraqda öldürmək istəyiblər: “Heyrətə gəlim”

Dünya

18.12.2024 - 09:22

Həkimlər Klinikalar SEO Xidməti

Kamikadzelər onu öldürməyi planlaşdırsalar da, vaxtında məhv ediliblər

Papa Fransiskə 2021-ci ildə İraqa səfəri zamanı sui-qəsd planı olub. Kamikadzelər onu öldürməyi planlaşdırsalar da, vaxtında məhv ediliblər. AYNA xəbər verir ki, bu barədə “Sky News” pontifikin avtobioqrafik kitabına istinadən məlumat yayıb.

Fransisk Bağdada gələn kimi Britaniya kəşfiyyatı İraq polisinə bildirib ki, partlayıcı maddə daşıyan qadın Mosula gedir və Papanın şəhərə səfəri zamanı özünü partlatmağı planlaşdırır.

88 yaşlı Fransisk "Ümid: Avtobioqrafiya" kitabında deyir: "Yük maşını eyni niyyətlə sürətlə oraya gedirdi".

Kitabda Papa bildirib ki, daha sonra Vatikanın təhlükəsizlik xidmətindən nə baş verdiyini soruşub: “Komandir lakonik şəkildə cavab verdi ki, kamikadzelər artıq burada deyillər. İraq polisi onların qarşısını kəsərək partlamağa məcbur edib. Bu da məni heyrətə gətirdi. Bu, müharibənin zəhərli bəhrəsidir”.

Qeyd edək ki, 2021-ci ilin martında İraqa səfəri Papanın ölkəyə ilk səfəri idi. Şimaldakı Mosul şəhəri İŞİD yaraqlılarının faktiki paytaxtı olub. Onların qəddar idarəçiliyi regionun xristian icmalarını böyük ölçüdə məhv edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş