Pilotsuz uçuş aparatı 57 metr məsafədə insanların qızdırmasını ölçə biləcək
Koronavirusun ən çox yayıldığı ABŞ-da “pandemiya dronları”nın istifadə üçün hazırlıqları tamamlanıb.
AYNA xarici mətbuata istinadən xəbər verir ki, səlahiyyətlilər “Draganfly” adlanan xüsusi sensorlar vasitəsi ilə küçədə gedən insanların hərarətini ölçə biləcəklər.
Kanadada fəaliyyət göstərən “Draganfly” şirkəti ilə hazırlanan pilotsuz uçuş aparatı 57 metr məsafədə insanların qızdırmasını ölçə biləcək.
İnkişaf etmiş xüsusi vizör və sistem vasitəsi ilə insanların ürək ritmini və nəfəsalma sürətini aşkarlaya bilən sistem, ictimai yerlərdə xəstə insanların olduğunu tapmağı asanlaşdıracaq.
Qeyd edək ki, ABŞ-da 787 mindən çox insan pandemiyaya yoluxub. 47 mindən çox insan isə dünyasını dəyişib.