Qəzada daha 100 nəfərə yaxın insan yaralanıb
Pakistanın cənubunda iki sərnişin qatarının toqquşması nəticəsində həlak olanların sayı 50 nəfərə çatıb. AYNA xarici mediaya istinadən bildirir ki, qəzada daha 100 nəfərə yaxın insan yaralanıb.
Polisdən verilən məlumatda qeyd olunub ki, 25 nəfərədək sərnişinin toqquşan qatarların bloklanmış vaqonlarında qalması ehtimal edilir.
Qeyd edək ki, qəza bu gün səhər saatlarında Sind əyalətində baş verib. Qatarlardan biri relsdən çıxıb, bundan sonra ikinci qatar ona çırpılıb. Şahidlərin sözlərinə görə, hadisə anında sərnişinlərin əksəriyyəti yuxuda olub. Toqquşma nəticəsində 12 vaqon relsdən çıxıb, 4 vaqon dağılıb.