Kunar əyalətinin Çuqam, Helmand əyalətinin Səfər şəhərində yaşayış binalarına zərbələr endirilib
Pakistan Əfqanıstanın şərqində və cənubunda hava hücumları təşkil edib. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə Əfqanıstan Ali Liderinin sözçüsü Zəbihullah Mücahid sosial media platforması “X”də yazıb.
Onun sözlərinə görə, Kunar əyalətinin Çuqam, Helmand əyalətinin Səfər şəhərində yaşayış binalarına zərbələr endirilib. O, qadın və uşaqlar da daxil olmaqla doqquz mülki şəxsin öldüyünü, on bir nəfərin isə yaralandığını qeyd edib.
Bildirib ki, "Biz bu hərəkəti təcavüz və bütün qəbul edilmiş prinsipləri pozan cinayət kimi pisləyirik".