Ötən gün doqquz nəfər xilas edilib

Xəbərlər

11.08.2021 - 12:52

Həkimlər Klinikalar SEO Xidməti

Dənizdə batma təhlükəsi ilə üzləşən 2 nəfər, intihara cəhd edən 1 nəfər xilas edilib

 

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən 103 halda yanğına çıxış və köməksiz vəziyyətdə qalma ilə bağlı 8 fakt üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

 

FHN-in Mətbuat Xidmətindən AYNA-ya verilən məlumata görə, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınlar operativ qaydada söndürülüb, insanların həyatı xilas edilib.

 

Sutka ərzində ikisi azyaşlı olmaqla 9 nəfər, o cümlədən dənizdə çimərkən batma təhlükəsi ilə üzləşən 2 nəfər, intihara cəhd edən 1 nəfər xilas edilib. Həmçinin Abşeron rayonunda dənizdə qeyri-çimərlik ərazidə batan Abbasov Oqtay Vidadi oğlunun meyiti dalğıc-axtarış qrupu tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.

 

Əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində tədbirlər fasiləsiz həyata keçirilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş