Ötən gün 40 cinayətin üstü açılıb

Xəbərlər

27.08.2026 - 16:30

Cinayət törətməkdə şübhəli bilinən 51 nəfər saxlanılıb

Avqustun 26-da ölkə ərazisində qeydə alınan 40 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin edilib.

Daxili İşlər Nazirliyindən (DİN) AYNA.AZ-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 156, o cümlədən borclu şəxs qismində axtarışda olan 128 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Həmçinin narkotiklərlə əlaqəli 14 fakt müəyyən edilib.

Eyni zamanda, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 12 fakt müəyyən olunub. Paytaxtda və respublikanın ayrı-ayrı rayonlarında 5 qumbara, 2 alışdırıcı, 10 tüfəng və 24 müxtəlif çaplı patron aşkar edilərək götürülüb.

Cinayət törətməkdə şübhəli bilinən 51 nəfər də saxlanılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş