Narkotiklərlə əlaqədar 21, qanunsuz saxlanılan silah-sursatla bağlı 20 fakt müəyyən edilib
İyunun 10-da ölkə ərazisində qeydə alınan 41, əvvəlki dövrlərdən bağlı qalan 10 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. AYNA.AZ xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib.
Qeyd edilib ki, axtarışda olduğuna görə ümumilikdə 108, o cümlədən borclu şəxs qismində axtarışda olan 82 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Narkotiklərlə əlaqədar 21, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 20 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 34 nəfər saxlanılıb.