Ordumuz ermənilərin daha bir yüksək rütbəli zabitini məhv edib

Xəbərlər

03.11.2020 - 17:12

Düşmənin əlahiddə zirehli tank taborunun komandirini öldürülüb

 

Cəbhənin Ağdərə istiqamətində yerləşən Ermənistan silahlı qüvvələrinin 10-cu dağatıcı diviziyasının müdafiə zolağında düşmənin bir neçə tankı sıradan çıxarılıb. AYNA xəbər verir ki, bu barədə Azərbaycanın Müdafiə Nazirliyi məlumat yayıb.

 

Bildirilib ki, bölmələrimiz tərəfindən görülən tədbirlər nəticəsində 77-ci əlahiddə zirehli tank taborunun komandiri podpolkovnik Nelson Akopcanyan məhv edilib.

Müəllif: Ayna.az