Tanker naməlum mərmi ilə vurulub: gəmi heyəti təhlükəsiz şəraitindədir
Böyük Britaniya Oman sahillərində neft tankerinin zədələndiyini açıqlayıb. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, Omanın Əş-Şişah şəhərindən 9 dəniz mili şimal-şərqdə baş verən hücum nəticəsində gəminin mühərriki sıradan çıxıb.
Kapitan tankerin naməlum mərmi ilə vurulduğunu və nəticədə gəminin hərəkətsiz qaldığını söyləyib.
Həmçinin gəminin heyətinin təhlükəsiz şəraitdə olduğu diqqətə çatdırılıb.