Nümayəndələr Palatası "Əsrin sazişi"ni rədd etdi

Dünya

09.02.2020 - 03:12

Həkimlər Klinikalar SEO Xidməti

Nümayəndələr Palatası “Əsrin sazişi”nə etiraz edib

 

ABŞ Nümayəndələr Palatasındakı 100-dən çox millət vəkili Prezidenti Donald Trampa məktub göndərərək "Əsrin sazişi" adlanan İsrail-Fələstin sülh planını rədd etdiklərini açıqlayıblar. AYNA xarici mətbuata istinadən xəbər verir ki, demokrat vəkillər planın Fələstinə zərər verəcəyini, münaqişənin isə daha da artacağını bildiriblər. 

 

“Bu planı dəstəkləmirik. İsrail rəhbərliyi də bu razılaşmanı beynəlxalq hüquq normalarına uyğun olaraq Qərbi Şəriyə bölgəsindəki ərazilərinin ilhaqı kimi görməsin", - deyə məktubda vurğulanıb. 

 

Qeyd edək ki, 2019-cu ilin dekabrında Nümayəndələr Palatası iki dövlətli həll yolunu dəstəklədiklərini ifadə edən qətnamə layihəsi qəbul etmişdilər.

Müəllif: Mərahim Nəsib

Pin up casino Pin-up casino giriş