Nigeriya əsilli şəxs Tiflis meri olmaq istəyir

Dünya

26.08.2021 - 18:15

Həkimlər Klinikalar SEO Xidməti

Ogbunujunun namizədliyi “Bizim Birləşmiş Gürcüstanımız” seçki bloku tərəfindən irəli sürülüb

 

Nigeriya əsilli Arinze Riçard Ogbunuju Tiflis merliyinə namizəd olub.

AYNA “Novosti-Georgia”ya istinadən xəbər verir ki, Gürcüstan Mərkəzi Seçki Komissiyasından verilən məlumata görə, onun namizədliyi “Bizim Birləşmiş Gürcüstanımız” seçki bloku tərəfindən irəli sürülüb.

 

Qeyd edilir ki, Ogbunuju 20 il əvvəl Gürcüstana köçüb və ölkə vətəndaşlığını alıb.

 

Qeyd edək ki, oktyabrın 2-də Gürcüstanda 64 şəhər və rayonun bələdiyyə başçılarının seçkiləri keçiriləcək. Vətəndaşlar yerli nümayəndəlik orqanlarına deputatlar da seçəcəklər.

 

Şəhərin hazırkı başçısı Kaxa Kaladze hakim “Gürcü Arzusu” Partiyasından paytaxt meri vəzifəsinə namizəddir. Rəy sorğularına görə, onun əsas rəqibi keçmiş Prezident Mixail Saakaşvilinin qurduğu ən böyük müxalifət partiyası olan Vahid Milli Hərəkatın lideri Nika Meliadır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş