1545 nəfər yaralı xilas edilib
Nepalın şimalındakı daşqınlar 469 nəfərin həyatına son qoyub. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə Nepal polisi məlumat yayıb.
Hüquq-mühafizə orqanlarının son hesabatına görə, "469 cəsəd tapılıb, 1545 nəfər yaralı xilas edilib". Axtarış-xilasetmə əməliyyatları davam edir.
Nepal Ordusu, Silahlı Polis Qüvvələri və Milli Polisdən ümumilikdə 13295 təhlükəsizlik işçisi səfərbər olunub. Xilasedicilər dağıntıları təmizləyir və insanları çıxarır.
"Vəziyyət çətin olaraq qalır. Bütün dövlət qurumları gücləndirilmiş iş rejimində işləyir. Hazırda əsas prioritetimiz hər bir vətəndaşın həyatını xilas etmək, itkin düşmüş insanları axtarmaq və xilas etmək, yaralılara tibbi yardım göstərmək və fəlakətdən zərər çəkmiş ailələrə təcili yardım göstərməkdir", - deyə Nepalın Baş naziri Balendra Şah bildirib.