Neft bahalaşıb

İqtisadiyyat

30.07.2026 - 10:55

Azərbaycan neftinin qiyməti 98 dolları ötüb

Dünya birjalarında neft qiymətləri bahalaşıb. AYNA.AZ xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 1,12 dollar artaraq 91,86 dollar olub. Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,77 dollar bahalaşaraq 85,23 dollar təşkil edib.

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti də bahalaşıb. Azərbaycan neftinin 1 barelə olan qiyməti 6.97 dollar və ya 7,64% artaraq 98.19 ABŞ dolları olub.

Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 91.22 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş