Nazirliyin əməkdaşları işğaldan azad edilmiş ərazilərə təhkim olunub

Xəbərlər

16.11.2020 - 14:39

Nazir: “Əməkdaşlarımız həmin abidələrin vəziyyətini öyrənir, onların hamısını sənədləşdirirlər”

 

“Ermənilərin məscidlərdə donuz saxlaması faktı vəhşilik, vandallıqdır”. AYNA xəbər verir ki, bunu mədəniyyət nazirinin birinci müavini, mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov deyib.

 

Onun sözlərinə görə, mənşəyindən asılı olmayaraq ibadət evlərinə hörmət göstərilməlidir: “Təəssüflər olsun ki, biz ermənilər tərəfindən bunu görmədik. Nəinki məscidlər, hətta alban məbədləri belə baxımsız, dağıdılmış vəziyyətdə idi. Bildiyiniz kimi, Hadrutda belə bir alban məbədi tapılmışdı, o baxımsız və dağıdılmış vəziyyətdə idi. Bu, bir daha göstərir ki, ermənilər heç bir ümumbəşəri dəyərə hörmət etmirlər, beynəlxalq hüquq normalarına məhəl qoymurlar. Təəssüflər olsun ki, bu, belədir. Amma biz bu abidələrimizin bərpa edilməsi ilə məşğul olacağıq”.

 

“Nazirliyin əməkdaşları işğaldan azad edilmiş torpaqlara təhkim olunublar. Əməkdaşlarımız həmin abidələrin vəziyyətini öyrənir, onların hamısını sənədləşdirirlər. Bu faktları toplayıb beynəlxalq təşkilatlara göndərəcək və eyni zamanda, bu abidələrin bərpa və konservasiya işləri ilə məşğul olacağıq. Bu sahəyə də biz həm yerli, həm də beynəlxalq ekspertləri dəvət etmək istəyirik. Beynəlxalq ekspertlərin dəvət edilməsində məqsəd ondan ibarətdir ki, bütün dünyaya bu vəhşiliklər çatdırılsın”, - deyə nazir qeyd edib.

 

 

Müəllif: Ayna.az