Naxçıvana ayrılan dotasiya azaldılır

İqtisadiyyat

23.10.2026 - 11:23

Dotasiya məbləği 198 milyon manat müəyyən olunub

Naxçıvan Muxtar Respublikasının büdcəsinə verilən dotasiyanın yuxarı həddi azaldılır.

AYNA.AZ xəbər verir ki, məsələ "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" Qanun layihəsində əksini tapıb.

Sənədə əsasən, dotasiya məbləği 198 milyon manat müəyyən olunub.

Qeyd edək ki, ötən ilin büdcə layihəsində 211 milyon 628 min manat qeyd alınmışdı.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş