“Naxçıvan Aqroservis” ASC-nin sədri həbs olunub

Xəbərlər

22.10.2026 - 23:58

Cavid Ağaməliyev barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib

“Naxçıvan Aqroservis” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Cavid Ağaməliyev həbs edilib.

AYNA.AZ xəbər verir ki, Naxçıvan şəhər Məhkəməsinin qərarı ilə Cavid Ağaməliyev barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, o, dövlət vəsaitini mənimsəməkdə şübhəli bilinir. Cavid Ağaməliyev şübhəli şəxs qismində prokurorluq tərəfindən saxlanılıb. Ona Cinayət Məcəlləsinin 179-cu (Mənimsəmə) maddəsi ilə ittiham irəli sürülüb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş