NASA-nın aparatı Marsa eniş edib

Dünya

19.02.2021 - 06:19

Həkimlər Klinikalar SEO Xidməti

Aparat 23 ədəd kamera ilə təchiz olunub

 

ABŞ Milli Aeronavtika və Fəza Agentliyinin (NASA) Mars planetinə “Atlas V” raketi vasitəsilə göndərdiyi “Perseverance” adlı aparat qırmızı planetə eniş edib.

 

AYNA-nın məlumatına görə, eniş təxminən yeddi dəqiqə davam edib. Bu müddət ərzində bütün əməliyyatlar avtomatik həyata keçirilib. Kosmik missiyanın əsas məqsədi Marsda həyat izlərini axtarmaqdan ibarətdir.

 

“Perseverance” aparatı 7 alətdən ibarətdir və onlar Mars süxurlarının tədqiq olunması üçün Yer kürəsindən idarə olunacaqlar.

 

Aparat 23 ədəd kamera ilə təchiz olunub, 2 ədəd mikrofon vasitəsilə alimlər Mars səthində olan səsləri qeydə ala biləcəklər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş