Muxax kəndində ev yanıb

Hadisə

11.07.2021 - 23:49

Evin iki otağının tavanı və dam örtüyü yanıb

 

Zaqatala rayonunun Muxax kəndində ümumi sahəsi 70 kvadratmetr olan birmərtəbəli ev yanıb.

 

Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən AYNA-ya verilən məlumata görə, hadisə nəticəsində evin iki otağının tavanı və dam örtüyü yanıb.

 

Evin qalan hissəsi yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş