Mustafa Şentop: “Ermənistan müharibə cinayətləri törədir”

Xəbərlər

11.10.2020 - 21:57

“Ermənistan artıq qlobal bir problemə çevrilib”

 

Türkiyə Böyük Millət Məclisinin (TBMM) Sədri Mustafa Şentop ermənistanın vandalizmini, Gəncədə törətdiyi terrora münasibət bildirib. AYNA xəbər verir ki, bu barədə Şentop sosial şəbəkə hesabında yazıb.

 

“Ermənistan Moskvada əldə olunan humanitar atəşkəs razılaşmasını kobud şəkildə pozaraq mülki əhalini hədəfə almaqda davam edir. Bu hücumlar, mülki əhalinin hədəfə alınması, sözün əsl mənasında, müharibə cinayətləridir. Ermənistan artıq qlobal bir problemə çevrilib”, - deyə TBMM Sədri qeyd edib.

 

Müəllif: Ayna.az