Müdafiə Nazirliyindən cəbhədəki son vəziyyətlə bağlı açıqlama

Siyasət

17.07.2020 - 16:24

Həkimlər Klinikalar SEO Xidməti

Nazirlik rəsmisi cəbhədəki son durumla bağlı məlumat verib

 

“İyulun 17-nə keçən gecədən hal-hazıra kimi Ermənistan-Azərbaycan sərhəddinin Tovuz ərazisində gərginlik əvvəlki günlərə baxdıqda nisbətən sakitləşib”.

 

AYNA xəbər verir ki, bunu Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı deyib

 

Nazirlik rəsmisi bildirib ki, ancaq gərginlik yenə də qalır: “Bizim dövlət sərhəddi sahəsində, mövqelərimiz istiqamətində düşmən tərəfindən avtomatlardan və digər atıcı silahlardan istifadə olunur. İriçaplı silahlardan istifadə olunmur. Əvvəlki günlərdə olduğu kimi minaatanlardan və digər artileriya qurğularından istifadə olunmur. Əməliyyat şəraiti Silahlı Qüvvələrimizin tam nəzarəti altındadır”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş