Moskvada raket təhlükəsi elan olunub

Dünya

23.06.2026 - 12:55

Rusiyanın bir neçə digər bölgəsində də oxşar xəbərdarlığın anonsu verilib

Moskva vilayətində raket təhlükəsi elan edilib. AYNA.AZ rus mediasına istinadən bildirir ki, bu barədə Vahid Dövlət Fövqəladə Halların Qarşısının Alınması və Reaksiya Sistemi (VDQM) məlumat yayıb.

Bildirilib ki, Rusiyanın bir neçə digər bölgəsində də oxşar xəbərdarlığın anonsu verilib.

Sakinlərə təhlükəsizlik tədbirlərinə riayət etmələri və imkan daxilində evlərində qalmaları tövsiyə olunub.

“Evdə qalın və pəncərələrə yaxınlaşmayın, sığınacaq axtarmayın. Çöldə və ya nəqliyyat vasitəsindəsinizsə, binada, yeraltı keçiddə və ya dayanacaqda sığınacaq tapın”, - deyə qeyd olunub.

VDQM mobil internet xidmətində mümkün fasilələr barədə də xəbərdarlıq edib və sakinlərə dronları, hava hücumundan müdafiə sistemlərini çəkməməyi tövsiyə edib.

Raket xəbərdarlığı həmçinin Voronej, Nijni Novqorod, Həştərxan, Rostov, Tambov, Volqoqrad, Penza, Saratov, Samara, Vladimir və Ulyanovsk vilayətlərində, eləcə də Tatarıstan, Mordoviya, Çuvaşiya və Udmurtiya respublikalarında da elan olunub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş