Moskvada daha 37 nəfər koronavirusdan ölüb

Dünya

02.05.2020 - 04:18

Rusiyada koronavirusdan ölənlərin sayı artıb 

 

Rusiyanın paytaxtı Moskvada daha 37 pasiyent koronavirusdan ölüb.

 

AYNA TASS-a istinadən xəbər verir ki, bu barədə Koronavirusla bağlı Vəziyyətə Nəzarət və Monitorinq üzrə Operativ Qərargah məlumat yayıb.

 

Bununla da Rusiya paytaxtında koronavirus infeksiyasının təsdiq edildiyi ümumilikdə 695 insan vəfat edib. 

 

"Moskvada pnevmaniya diaqnozunun təsdiq edildiyi və koronavirus testlərin müsbət nəticə verdiyi 37 pasiyent öldü", - qərargahda bildirilib.

 

Operativ Qərargahın məlumatına görə, Rusiyada koronavirusa 114 431 yoluxma qeydə alınıb, COVID-19-a yoluxmuş 13 220 insan sağalıb, 1 169 xəstə ölüb.

Müəllif: Ayna.az