Mişelin Azərbaycana səfəri başa çatıb

Xəbərlər

18.07.2021 - 18:49

Avropa İttifaqı Şurasının Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb

 

İyulun 18-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Azərbaycan Respublikasına işgüzar səfəri başa çatıb.

 

AYNA xəbər verir ki, Azərbaycan Respublikasının və Avropa İttifaqının bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Avropa İttifaqı Şurasının Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

 

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişeli Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov, ölkəmizin Avropa İttifaqı yanında nümayəndəliyinin rəhbəri Fuad İsgəndərov və digər rəsmi şəxslər yola salıblar.

Müəllif: Ayna.az