Mirzoyan: “İrəvan Moskva ilə uzunmüddətli və faydalı tərəfdaşlıqda maraqlıdır”

Dünya

21.05.2025 - 14:55

Həkimlər Klinikalar SEO Xidməti

“XİN-lər arasında yeni iki illik məsləhətləşmələr planı razılaşdırılıb və bu gün imzalanacaq”

“Ermənistan Rusiya ilə bütün sahələrdə uzunmüddətli və qarşılıqlı faydalı tərəfdaşlıqda maraqlıdır”. AYNA.AZ erməni mediasına istinadən bildirir ki, bu sözləri İrəvanda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan rusiyalı həmkarı Sergey Lavrovla geniş tərkibdə görüşündə deyib.

Bildirilib ki, Ermənistan Xarici İşlər Nazirliyində keçirilən təkbətək görüş başa çatıb və Ermənistan-Rusiya geniş formatında danışıqlar başlayıb.

Erməni nazirin sözlərinə görə, bu il martın 20-də iki ölkənin XİN-i arasında əməkdaşlıqla bağlı məsləhətləşmələr keçirilib: “Nazirliklər arasında növbəti məsləhətləşmələr baş tutub və konstruktiv şəkildə keçirilib. XİN-lər arasında yeni iki illik məsləhətləşmələr planı razılaşdırılıb və bu gün imzalanacaq. Humanitar əməkdaşlığın inkişafında müsbət dinamika var”.

Mirzoyan ümid etdiyini bildirib ki, bu ilin sonuna planlaşdırılan Rusiyada Ermənistan Mədəniyyəti Günləri ikitərəfli əlaqələrin daha da intensivləşməsinə töhfə verəcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş