Minneapolisdə polislərin səlahiyyəti azaldılır

Dünya

06.06.2020 - 19:43

Polislərə fəaliyyətlləri ilə bağlı bəzi qadağalar qoyulub

 

ABŞ-da Minneapolis şəhərində polis tərəfindən öldürülən Corc Floyda görə kütləvi aksiyalar davam edir. AYNA xəbər verir ki, Minneapolisdə polislərlə bağlı yeni qərar qəbul edilib. 

 

Belə ki, Minneapolis Şəhər Şurasının yekdil qərarına əsasən, polis tərəfindən nəzarətə götürülən şübhəli şəxslərin boyun nahiyəsinə diz və qol zərbəsi ilə təzyiq göstərmək qadağan edilib.

 

Bununla yanaşı, polislərin həmkarlarının səlahiyyətləri xaricində hərəkət etdiyini gördükdə vəziyyətə müdaxilə etməklə yanaşı, məlumat verməsi də yeni qərara daxil edilib.

Müəllif: Ayna.az