Mingəçevir sakini bıçaqlanıb

Xəbərlər

07.07.2021 - 03:39

Xəstəxanaya çatdırılan yaralı cərrahi əməliyyata alınıb

 

Mingəçevirdə bıçaqlanma hadisəsi baş verib. AYNA-nın APA-ya istinadən məlumatına görə, hadisə bağlar massivində qeydə alınıb.

 

1986-cı il təvəllüdlü Abbasov Firdovsi Xanahməd oğlu münaqişə zamanı müxtəlif bədən nahiyələrindən bıçaqlanaraq ağır xəsarət alıb.

 

Xəstəxanaya çatdırılan yaralı cərrahi əməliyyata alınıb. Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az