Məşhur ifaçı vəfat edib

Dünya

05.06.2020 - 13:24

Bu barədə Priestinin qrup yoldaşları xəbər yayıb

 

Dünyaca məşhur “The Sweet” rok qrupunun ifaçısı, qrupun qurucu üzvlərindən biri Steve Priestin 72 yaşında dünyasını dəyişib. AYNA xəbər verir ki, bu barədə Priestinin qrup yoldaşları sosial media hesablarında açıqlama veriblər.

 

“Əziz dostlar və pərəstişkarlarımız. Kədərli bir xəbərimiz var. “Sweet”in qurucularından biri olan Steve Priest bizi tərk etdi. Son anlarda həyat yoldaşı Maureen, qızları Lisa, Danielle və Maggie və nəvələri Jordan, Jade və Hazel ətrafında idilər”, açıqlamada bildirilib.

Müəllif: Ayna.az