Məşhur həkim Tramp hökümətini tənqid edib

Dünya

05.05.2020 - 14:28

“ABŞ-da yetərincə tədbirlər görülməzsə, vəziyyət pik həddə çatacaq”

 

ABŞ prezidenti Donald Trampın yaratdığı koronavirusla mübarizə birliyinin mütəxəssisi, həkim Antoni Fauci son müsahibəsində bir daha təkrarlayıb ki, COVİD-19 hələ uzun sürəcək.

 

AYNA xarici mediaya əsasən xəbər verir ki, həm də ABŞ-ın Beynəlxalq Allergiya və İnfeksion Xəstəliklər İnstitutunun direktoru olan Faucinin sözlərinə görə, ABŞ-da yetərincə tədbirlər görülməzsə, vəziyyət pik həddə çatacaq: “Bu səbəbdən ABŞ bütün tibbi və sosial vəziyyətlərə qabaqcadan hazır olmalıdır”.

 

O, hazırda Mərkəzi Massaçusettsdə olan “Moderna Therapeutics” adlı şirkətin hazırladığı  vaksinin ümidverici preparat olduğunu dilə gətirib: “Yeni dərmanın heyvanlar üzərindəki sınaqları uğurlu olub. İnsanlar üzərində də çox qısa vaxtda, 42 günə başlayıblar”.

 

Fauci  ABŞ-ın irəli sürdüyü “virus laboratoriyada yaradılıb” iddasını rədd etdiyini də vurğulayıb.

Müəllif: Ayna.az