Merkel: “Virusla uzun müddət yaşamalıyıq”

Dünya

23.04.2020 - 14:43

cedabet dərman SEO Xidməti

"Karantin tədbirlərinin məhdudlaşdırılması ilə bağlı qərar vermək çox çətindir"

 

Almaniya kansleri Angela Merkel koronavirusun yayılması ilə bağlı açıqlamalar verib. AYNA xarici mətbuata istinadən xəbər verir ki, Merkel Almaniya və dünyadakı tendesiyadan danışıb və ictimayyətin narahtlığına səbəb olacaq fikrilər bildirib.

 

“Görünür, həyat bir müddət koronavirus şəraitində davam edəcək. Pandemiyanın sona çatma mərhələsində deyilik. Virusla uzun müddət yaşamağa məcburuq. Karantin tədbirlərinin məhdudlaşdırılması ilə bağlı qərar vermək çox çətindir. Hər kəsi qorumalıyıq”, - deyə kansler vurğulayıb.

 

Hökumət başçısı ölkədə səhiyyə sisteminin müvəffəqiyyətlə işlədiyini bildirib: “Zaman qazandıq və bu, sistemimizə müsbət təsir etdi. Pandemiya prosesində beynəlxalq əməkdaşlıq çox vacibdir. Qoruyucu avadanlıq istehsalından azad olmaq üçün Avropa İttifaqı ilə birlikdə çalışırıq”.

 

Almaniyanın Baş Naziri onu da əlavə edib ki, hazırlanacaq vaksin hər kəsin əldə edə biləcəyi şəkildə olmalıdır: “Ümumdünya Səhiyyə Təşkilatı dəstəklədiyimiz kritik tərəfdaşdır. Pandemiya prosesində müdrik olmağa davam etməliyik”.

 

Qeyd edək ki, Almaniyada koronavirusa yoluxanların sayı 148 mini keçib. Ölkədə 5094 nəfər COVİD-19-un qurbanı olub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş