Mərdəkanda dənizdə batan şəxsin axtarışları davam etdirilir

Xəbərlər

23.07.2026 - 18:55

İyulun 15-də Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində ən yaxın sularda xilasetmə məntəqəsindən 2 kilometr aralıda, dənizin nəzarətsiz ərazisində batan 2004-cü il təvəllüdlü Elgün Elçin oğlu Qarayevin axtarışları davam etdirilir.

AYNA.AZ xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

Qeyd olunub ki, hazırda axtarışlar FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən vətəndaşın batdığı ehtimal edilən istiqamətlər üzrə fasiləsiz olaraq həyata keçirilir.

Əlavə məlumat veriləcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş