Məmmədyarov dörddəbir finalda məğlub olub

İdman

02.09.2021 - 06:45

Həkimlər Klinikalar SEO Xidməti

Təmsilçimiz yarışda mübarizəni dayandırıb 

 

Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov “Aimchess USRapid” turnirinin dörddəbir final mərhələsində məğlub olub.

 

AYNA xəbər verir ki, turnirin pley-off mərhələsinin cavab oyunlarında ermənistanlı Levon Aronyana 1:2 hesabla uduzan təmsilçimiz yarışda mübarizəni dayandırıb.

 

Qeyd edək ki, dörddəbir finalın ilk qarşılaşmasında şahmatçımız rəqibinə 1:3 hesabla məğlub olmuşdu.

 

Maqnus Karlsenin təşkil etdiyi “Champions Chess Tour” onlayn seriyasının sonuncu mərhələsi – “Aimchess USRapid” turniri sentyabrın 5-dək davam edəcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş