Məktəbəhazırlıq üçün məktəb seçimi başlayır

Xəbərlər

12.08.2021 - 10:42

Həkimlər Klinikalar SEO Xidməti

Qeydiyyat prosesi 14 sentyabr 2021-ci il saat 18:00-da başa çatacaq

 

Bu gün saat 11:00-dan məktəbəhazırlıq qruplarına elektron qeydiyyatdan keçmiş valideynlər (digər qanuni nümayəndələr) məktəb seçimi edə bilərlər.

 

Təhsil Nazirliyindən AYNA-ya verilən məlumata görə, 2021-2022-ci tədris ili üzrə dövlət ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına uşaqların qəbulu prosesi www.mektebeqebul.edu.az elektron portalı vasitəsilə aparılır.

 

Dövlət ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına uşaqların qəbulu ilə bağlı elektron qeydiyyat prosesi 14 sentyabr 2021-ci il saat 18:00-da başa çatacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş