Mehriban Əliyevadan Azərbaycan xalqına təbrik

Siyasət

24.05.2020 - 02:25

"Uca Tanrı etdiyiniz duaları, tutduğunuz orucu qəbul etsin"

 

Birinci vitse-prezident Mehriban Əliyeva Ramazan bayramı münasibətilə Azərbaycan xalqını və dünya müsəlmanlarını təbrik edib.

 

AYNA xəbər verir ki, Mehriban Əliyevanın "Instagram" səhifəsində edilən paylaşımda deyilir:

 

“Bütün Azərbaycan xalqını və dünya müsəlmanlarını müqəddəs Ramazan bayramı münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Uca Tanrı etdiyiniz duaları, tutduğunuz orucu qəbul etsin, bütün insanlara sağlamlıq və səadət, dünyamıza əmin-amanlıq və xoş günlər bəxş etsin!”

Müəllif: Ayna.az