Ali Məhkəmə aşağı instansiya məhkəmələrini verdiyi qərarı qüvvədə saxlayıb
ABŞ Ali Məhkəməsi sabiq Prezident Donald Trampın seçkilərin nəticəsi ilə bağlı 3-cü apelyasiya şikayətini rədd edib. AYNA xarici mediaya istinadən bildirir ki, Ali Məhkəmə Trampın şikayəti ilə bağlı aşağı instansiya məhkəmələrini verdiyi qərarı qüvvədə saxlayıb.
Məhkəmə qərarını izah etməyib. Bildirilib ki, səslərin sayılmasına dövlət hakimiyyəti orqanları tərəfindən müdaxilə edilməyəcək.
Qeyd edək ki, Donald Tramp Viskonsin ştatındakı seçki nəticələrinin yenidən sayılmasını tələb edir.