Marko Rubio: “Ukraynanın NATO üzvlüyü gündəmdə deyil”

Dünya

06.10.2026 - 17:49

“Ukraynanın NATO üzvlüyü hazırda nəzərdən keçirilmir”

“Ukraynanın NATO üzvlüyü hazırda nəzərdən keçirilmir”. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu sözləri ABŞ dövlət katibi Marko Rubio İslandiyada jurnalistlərə Ukraynanın Alyansa qoşulub-qoşulmaması ilə bağlı suala cavabında deyib.

"Hazırda, bildiyiniz kimi, Ukraynanın NATO üzvlüyü gündəmdə deyil", - deyə diplomat bildirib.

Qeyd edək ki, 2019-cu ildə Ukraynanın keçmiş Prezidenti Petro Poroşenko ölkə konstitusiyasında NATO və Avropa Birliyinə (AB) qoşulmaq öhdəliyini təsbit edən qanun imzalayıb. Rada üzvü Skoroxod Kiyevin AB üzvlüyünü saxlamağı və NATO-dan imtina etməyi təklif edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş