Fransa Prezidenti: “Lazım olarsa, NATO ABŞ-ın köməyinə gələcək”
Fransa Prezidenti Emmanuel Makron ABŞ prezidenti Donald Trampın NATO müttəfiqlərinin lazım gələrsə Vaşinqtona yardım edib-etməyəcəyi ilə bağlı şübhələrinə cavab olaraq, Avropanın bunu mütləq edəcəyini bildirib. AYNA.AZ xəbər verir ki, bu barədə BFMTV məlumat yayıb.
Bildirilib ki, Makron Fransanın ABŞ-ın “sadiq” müttəfiqi olduğunu vurğulayıb.
Paris həmişə Vaşinqtona hörmət və mehribanlıqla yanaşdığını və eyni münasibəti gözlədiyini bildirib.
“Biz həmişə bir-birimizi müdafiə etmişik. Avropalılar Əfqanıstanda sizinlə idilər" deyə Makron xatırladıb.