Pilot katapult edib və sağ qalıb
Macarıstan Hərbi Hava Qüvvələrinə məxsus "Gripen" qırıcı təyyarəsi Budapeştdən təxminən 100 kilometr cənub-şərqdə, Szolnok şəhəri yaxınlığında qəzaya uğrayıb. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, Baş nazir Peter Madyarın sözlərinə görə, pilot katapult edib və sağ qalıb.
"Macarıstan Hərbi Hava Qüvvələrinə məxsus "Gripen" qırıcı təyyarəsi hələlik məlum olmayan səbəblərdən Szolnok yaxınlığında qəzaya uğrayıb. Pilot təhlükəsiz şəkildə katapult edib. İstintaq aparılır və müdafiə naziri hadisə yerinə gedib", - Baş nazir qeyd edib.
Müdafiə naziri Romulus Rusin-Szendi hadisədə heç kimin xəsarət almadığını açıqlayıb: "Pilot katapult edib və sağ qalıb. Xəsarət alan yoxdur. Çünki pilot təyyarəni yaşayış olmayan əraziyə doğru idarə edə bilib".