Madyar Prezident Tamaş Şujokun vəzifədən kənarlaşdırılması üçün prosedurlara başlayıb
Macarıstan Baş naziri Peter Madyar könüllü istefa verməkdən imtina edən Prezident Tamaş Şujokun səlahiyyət müddətinə xitam vermək üçün Konstitusiyaya dəyişiklik etmək niyyətində olduğunu açıqlayıb. AYNA.AZ xarici mediaya istinadən xəbər verir ki, bu barədə Baş nazir parlamentdəki çıxışı zamanı deyib.
Macarıstan Baş naziri prezidentin səlahiyyət müddətinə xitam vermək üçün Konstitusiyaya dəyişikliklər ediləcəyini açıqlayıb. Dəyişikliklər təqdim edildikdən sonra Macarıstan cəmiyyətinin iştirak edəcəyi referendum prosesi başlayacaq. Dəyişdirilmiş Konstitusiya təsdiqləndikdən sonra parlament yeni dövlət başçısını seçəcək.
Qeyd edək ki, hakimiyyətə gələndən bəri Madyar Prezident Şujoku Viktor Orban rejiminin "kuklası" olmaqda ittiham edərək vəzifəsindən uzaqlaşdırmaq üçün səylər göstərir.