Lüksemburqda Azərbaycana dəstək aksiyası keçirilib

Xəbərlər

25.10.2020 - 23:36

Azərbaycanlılar şəhərin Guillaume II mərkəzi meydanına toplaşıblar

 

Lüksemburqda Azərbaycanın Dağlıq Qarabağ bölgəsində torpaqlarımızın azadlığı uğrunda döyüşən əsgərlərimizə dəstək, eləcə də Ermənistanın raket atəşləri nəticəsində Gəncədə həlak olmuş mülki əhalinin xatirəsini yad etmək məqsədilə aksiya keçirilib.

 

AYNA xəbər verir ki, Lüksemburqda yaşayan azərbaycanlılar şəhərin Guillaume II mərkəzi meydanına toplaşıblar. Bütün ailə üzvləri ilə meydana toplaşan azərbaycanlılar Gəncədə həlak olan uşaqların xatirəsinə oyuncaqlar, uşaq ayaqqabıları və gül-çiçək düzərək, uşaqların qətlə yetirilməsini diqqətə çatdırıblar.

 

Azərbaycan, Türkiyə və Lüksemburq bayraqlarının dalğalandığı dinc aksiyada “Mən Gəncəyəm!”, “Gəncə üçün dua et!” kimi şüarları səsləndirilib. Aksiya iştirakçıları Azərbaycan dövlət himnini və “Sarı Gəlin” xalq mahnısını səsləndiriblər.

Müəllif: Ayna.az