Xilasetmə tədbirləri nəticəsində 2 nəfərə müvafiq köməklik göstərilib
Liftdə qalan 2 nəfər xilas edilib. AYNA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.
Qeyd olunub ki, "112" qaynar telefon xəttinə Bakı şəhərində liftdə qalma ilə bağlı daxil olan müraciətlər əsasında FHN-in müvafiq xilasetmə qüvvələri tərəfindən 2 xilasetmə əməliyyatı keçirilib.
Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 2 nəfərə müvafiq köməklik göstərilib.