Avropa artan qeyri-müəyyənlik kontekstində ABŞ-la güclü, lakin konstruktiv dialoqa hazırdır”
Avropa Komissiyasının (AK) sədri Ursula fon der Leyen Avropa İttifaqı (Aİ) ilə ABŞ arasında münasibətlərdə artan qeyri-müəyyənlikdən danışıb. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə Leyen Litvada keçirdiyi mətbuat konfransında deyib.
“Bizim çoxdankı müttəfiqimiz ABŞ yeni gündəm müəyyən edib. Avropa artan qeyri-müəyyənlik kontekstində ABŞ-la güclü, lakin konstruktiv dialoqa hazırdır”, - deyə Leyen qeyd edib.
Ursula fon der Leyenin sözlərinə görə, Avropa bununla bağlı potensial çağırışlardan xəbərdardır və onlara hazırdır.