Rusiyalı nazirlə ABŞ dövlət katibi İran məsələsini müzakirə ediblər
Rusiyanın xarici işlər naziri Sergey Lavrovla ABŞ dövlət katibi Antoni Blinken arasında telefon danışığı olub. AYNA xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin saytında bildirilir.
Danışığın ABŞ-ın təşəbbüsü ilə aparıldığı qeyd olunur. Hələ ki, ABŞ tərəfi məlumatı təsdiqləməyib.
Məlumatda qeyd edilir ki, Blinken və Lavrov İranın nüvə proqramını həll etmək üçün Birgə Hərtərəfli Fəaliyyət Planı (JCPOA) haqqında və gündəmdə olan bir sıra ikitərəfli aktual məsələləri müzakirə ediblər.