Lavrovdan İrəvanda Qarabağ açıqlaması: “Siyasiləşdirilməməlidir”

Siyasət

06.05.2021 - 15:40

Həkimlər Klinikalar SEO Xidməti

“Qarabağda dinc həyatın qurulması prosesi kifayət qədər çətin gedir”

 

Ermənistanda səfərdə olan Rusiyanın xarici işlər naziri Sergey Lavrov İrəvanda erməni həmkarı Ara Ayvazyanla görüşün yekunlarına həsr olunmuş birgə mətbuat konfransında Qarabağdan danışıb. AYNA TASS-a istinadən bildirir ki, Lavrov Qarabağda dinc həyatın qurulması üçün aparılan prosesləri yüksək qiymətləndirib və bunun siyasiləşdirilməsinin doğru olmadığını deyib.

 

“Qarabağda dinc həyatın qurulması prosesi kifayət qədər çətin gedir. Hazırda regionun birləşdirilməsi marşrutları ilə əlaqədar məsələlər həll olunur. Eyni zamanda, sərhədlərin delimitasiya və demarkasiya məsələləri həll olunur. Bunlar regionun rahat nəfəs alması və dinc həyat yaşaması üçün həll edilməsi lazım olan praktik, başa düşülən şeylərdir. Ona görə də, proses siyasiləşdirilməməlidir”, - Rusiya XİN başçısı vurğulayıb.

 

Lavrov deyib ki, dinc həyatın bərpası məsələlərini kənara qoyub, əvvəlcə siyasi diskusiyalara cəhd edənlər bütün prosesi alt-üst etmək istəyənlərdir: “Həm azərbaycanlılar, həm də ermənilər uzun onillər və yüzillər ərzində bir-biri ilə yaşadığı kimi normal yaşamağa başlayandan sonra siyasi məsələləri həll etmək daha asan olacaq.

 

“Bölgədəki iqtisadi əlaqələrin və nəqliyyat-kommunikasiyaların blokdan çıxarılması üçün Azərbaycan, Rusiya və Ermənistan Baş nazir müavinlərinin rəhbərlik etdiyi üçtərəfli işçi qrupu tərəfindən regiondakı vəziyyətin normallaşmasına mühüm töhfə verilir. Bu işin uğuru ümumi vəziyyəti normallaşdırmaq və postmüharibə dövründə konstruktiv əməkdaşlıq qurmaq üçün lazımi şəraitin yaradılmasında həlledici olacaq”, - Lavrov əlavə edib.

 

Rusiya XİN başçısı ATƏT-in Minsk Qrupu ilə bağlı da fikrini bildirib. Nazir qeyd edib ki, həmsədrlərinin ilk növbədə etimad mühitinin yaradılmasına kömək üçün gələcək fəaliyyətləri zəruridir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş